IQNA

Quran sərgisinin beynəlxalq hissəsinin proqramları

5:16 - March 23, 2024
Xəbər sayı: 3495675
İQNA - 31-ci Beynəlxalq Qurani-Kərim Sərgisinin beynəlxalq bölməsi “Quran diplomatiyası, İslam kimliyi” şüarı ilə 20-27 mart tarixlərində keçirilir.

"İQNA", xəbər verir ki, İslam mədəniyyəti və irşad nazirinin iştirakı ilə çərşənbə günü işə başlayan sərgidə 25 ölkədən 34 xarici sənətçi və Quran xadimi iştirak edir.

Quran sərgisində çinli rəssam Yusif Sukunun 40 metr uzunluğunda Qurani-Kərimi də təqdim olunub.

Bu Qurani-Kərim 40 kvadratmetrlik rulon şəklində yazılmışdır.

Sərginin beynəlxalq bölməsi martın 27-dək açıqdır və burada Türkiyə, Əlcəzair, Seneqal, Rusiya, Hindistan, Fransa, Cənubi Afrika Respublikası, Çin və Kanada kimi 25 ölkədən nümayəndələr iştirak edir.

4206541

captcha