İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İsmayıl Haniyə açıqlamasında bildirib ki, HƏMAS hərəkatı İsrail rejimi ilə mübarizədə silahlı müqavimət yollarının tətbiqinə tam hazırdır.
"Onlar əgər ilhaq məsələsində davamlı addım atmağa çalışsalar biz də mübarizə istiqamətimizi dəyişdirəcəyik. Bu isə İsrail rejiminin ziyanına olacaq", - deyə İsmayıl Haniyə diqqətə çatdırıb.
O, qeyd edib ki, müqavimət cəbhəsinin gələcəkdəki zərbələri işğalçı İsrail rejimi üçün ağır olacaq.
Mənbə: Eastnews.org