IQNA

İslam İnqilabının 39-cu ildönümü Avstriyada keçirildi – Foto

0:12 - February 11, 2018
Xəbər sayı: 3482765
İran İslam İnqilabının 40-cı ilinin başlanması münasibəti ilə Avstriyanın paytaxtı Vyananın İslam Mərkəzində müxtəlif millətlərdən olan müsəlmanların iştirakı ilə anım mərasim keçirildi.

İslam İnqilabının 39-cu ildönümü Avstriyada keçirildi – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının 40-cı ilinin başlanması münasibəti ilə Avstriyanın paytaxtı Vyananın Həzrət İmam Əli (ə) adına İslam mərkəzində müxtəlif millətlərdən olan müsəlmanların iştirakı ilə anım mərasim keçirildi.

Bu mərasim cari həftənin cüməaxşamı günü, 8 Fevral 2018-ci il, paytaxt Vyananın İmam Əli (ə) İslam mərkəzində keçirilib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən Vyanada yaşayan müsəlmanlar, o cümlədən türk, ərəb, paskitanlı, iralı, avstriyalı və digər millətlər iştirak ediblər.

İmam Əli (ə) İslam mərkəzinin rəsisi Höccətul- İslam vəl- müslimin Möhsünzadənin çıxışından sonra, müxtəlif millətlərdən olan müsəlmanlar öz ana dillərində İslam İnqilabının qələbəsinin 39-cu il dönümü münasibəti ilə təbrik deyiblər.

Mərasimdə həmçinin İran İslam Respublikasının Avstriyadakı səfiri Abdullah Mövlayi və İslamm İnqilabı Rəhbərinin nümayəndəsi və xeyriyyə işləri və vəqflər idarəsinin rəisi çıxış ediblər.

http://iqna.ir/fa/news/3690163

فجر فاطمی در اتریش+عکس

فجر فاطمی در اتریش+عکس

captcha