IQNA

Dubay Beynəlxalq Quran Yarışmasının final mərhələsi

5:55 - March 14, 2024
Xəbər sayı: 3495629
İQNA – İran təmsilçisi Dubayda keçirilən 27-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlib.

"İQNA", "Hilal Xəliç" saytına istinadən xəbər verir ki, 27-ci Dubay Beynəlxalq Quran müsabiqəsinin yekun tədbirləri 12 Mart Çərşənbə axşamı günü 70 ölkə nümayəndəsinin iştirakı ilə başlayıb.

Yarış təşkilatçıları qeyd ediblər ki, hər il Quran müsabiqəsi proqramları təravih namazından sonra başlayıb və qonaqlar üçün bütün hazırlıqlar görülüb.

Bazar günü keçirilən ilkin seçmədə iştirak edən Əmir Hadi Bayrami münsiflər heyətinin dörd sualını uğurla cavablandıraraq finala yüksəlib. Bayraminin sözlərinə görə, müsabiqə ilk dəfədir ki, iki turda keçirilir.

Müsabiqənin bağlanış mərasimi martın 22-də qaliblərin elan edilməsi və mükafatların təqdim edilməsi ilə yekunlaşacaq. İran İslam Cümhuriyyətinin nümayəndəsi martın 23-də ölkəyə qayıdacaq.

4204874

captcha