IQNA

Sionist nazir: “Ramazan ayında Əl-Əqsaya giriş məhdudlaşdırılmalıdır”

8:59 - March 05, 2024
Xəbər sayı: 3495569
İQNA - İsrailin işğalçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Ramazan ayında Məscidül-Əqsaya daxil olan müsəlmanların sayının məhdudlaşdırılmasını istəyib.

Sionist nazir Ben-Qvir polis komissarı Kobi Şabtaidən Ramazan ayında yalnız bir neçə min müsəlmanın Məscidül-Əqsaya daxil olmasına icazə verməsini istəyib.
Xəbərdə Ben-Qvirin komissar Şabtai ilə ötən gün keçirdiyi görüşdə Məscidül-Əqsada namaz qılan müsəlmanların sayının yalnız bir neçə minlə məhdudlaşdırılmasının doğru olduğunu və polisin “qarışıqlıq olduqda cəld müdaxilə edə biləcəyini” müdafiə etdiyi bildirilib”.
Xəbərdə, “İsrailin Baş naziri Binyamin Netanyahunun Ramazan ayı ilə bağlı məhdudiyyətlərlə bağlı Məscidül-Əqsada Ben Qvir, Şabtai, ordu və kəşfiyyat rəsmilərinin iştirakı ilə toplantı keçirməsi gözlənilir” deyildi.
TRT XƏBƏR

captcha