"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubayda 25-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi hər axşam saat 21:00-da Dubayın Əl-Məmzar bölgəsinin Mədəniyyət və Elm Simpozium zalında keçirilir.
Dubay Beynəlxalq Quran Mükafatı müsabiqəsinin təşkilat komitəsinin sədri İbrahim Məhəmməd Bomlehə deyib ki, bu komitə son iyirmi beş ildə bir çox Quran fəaliyyətləri və tədbirləri təqdim etmişdir.
Bu müsabiqə 69 ərəb və islam ölkəsinin vətəndaşları ilə yanaşı, BƏƏ-də yaşayan və öz ölkələrinin səlahiyyətli orqanları tərəfindən bu müsabiqədə təmsilçi kimi rəsmi təsdiq edilmiş xarici ölkə vətəndaşlarının iştirakı ilə keçirilir.