"İQNA", "Əxbarul-İraq"-a istinadən xəbər verir ki, OPEC-in baş katibi Məhəmməd Barkindo və onu müşayiət edən nümayəndə heyəti Nəcəf Əşrəfdə İmam Əlinin (ə) hərəmini ziyarət edib.
BMT-nin baş katibi müqəddəs Nəcəf şəhərinin dünya müsəlmanlarının qəlbindəki yerini və əhəmiyyətini vurğulayıb.
Barkindo Nəcəf Qubernatorluğunda olub. O, Lui əl-Yasiri və əyalətin bir sıra rəsmiləri ilə görüşüb. Daha sonra qədimi Nəcəf şəhərinə səfər edib.
Barkindo dünən Kərbəlanın müqəddəs ziyarətgahlarını da ziyarət etmişdi. İraq Neft Nazirliyindən verilən açıqlamaya görə, Barikando İraqa səfərindən məmnunluğunu ifadə edib.
Məhəmməd Barkindo 2016-cı il iyunun 2-də OPEC-in 28-ci baş katibi seçilmiş nigeriyalı siyasətçidir. O, Nigeriya Milli Neft Şirkətinin keçmiş rəhbəridir.
4027327