IQNA

Kərbəlanın meri ƏRBƏİN ziyarəti üçün şərtləri açıqlayıb

16:56 - August 21, 2021
Xəbər sayı: 3490565
İraqın Kərbəla əyalətinin meri Nəsif əl-Xəttabi cari həftənin Cümə Axşamı günü (19 Avqust 2021-ci il) bu ilin ƏRBƏİN ziyarətində əzadarlıq heyətlərinin Kərbəla şəhərinə girişi üçün şərtləri açıqlayıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla əyalətinin meri Nəsif əl-Xəttabi cari həftənin Cümə Axşamı günü (19 Avqust 2021-ci il) bu ilin ƏRBƏİN ziyarətində əzadarlıq heyətlərinin Kərbəla şəhərinə girişi üçün şərtləri açıqlayıb.

İraqın Kərbəla əyalətinin meri Nəsif əl-Xəttabi ziyarətçilərin təhlükəsizliyini qoruyan "Həşduş-Şəəbi" qüvvələrinin qərargahına baxışı zamanı bu xəbəri elan edərək deyib: Belə qərara alınıb ki, İmam Hüseynin (ə) ziyarətçilərinə xidmət göstərən əzadarlıq heyətləri və mukibləri koronavirus əleyhinə vaksinasiya kartını təqdim etməsə onlara fəaliyyət icazəsi verilməyəcək.

O əlavə edib: Bu qərar ƏRBƏİN ziyarətində zəvvarlara xidmət etmək istəyən bütün əzadarlıq heyətləri və mukiblərin üzvlərinə də şamil olunur.  

Kərbəla əyalətinin meri vurğulayıb ki, mukiblər və heyətlər zəvvarları koronavirus əleyhinə sanitariya qaydalarına riayət etməyə təşviq etsinlər və bu barədə maarifləndirmə işləri də aparsınlar.

Qeyd edək ki, bu layihə barədə və həmçinin xarici zəvvarların İraqa buraxılması barədə İraq dövləti tərəfindən heç bir rəsmi münasibət bildirilməyib./ iqna

captcha