Bu barədə Səudiyyə Ərəbistanın kralı ötən gün (26 May 2020) fərman verib. Fərmana görə bütün məscidlər 20 gün ərzində öz fəaliyyətlərini koronavirusun qarşısının alınması tədbirlərinə riayət etməklə bərpa edəcəklər. Məkkə məscidləri bu fərmandan istisna edilib.
Məkkə və Mədinə məscidlərində camaat namazları yenə də məhdud sayda insanların iştirakı ilə qılınacaq.