IQNA

Qazaxıstanda "online" İslam Elmləri Akademiyası təsis edildi

22:01 - November 19, 2019
Xəbər sayı: 3486173
Qazaxıstanın Almata şəhərində yerləşən "Nur Mübarək İslam Universiteti"nin təşəbbüsü ilə onlayn İslam Elmləri Akademiyası təsis edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Almata şəhərində yerləşən "Nur Mübarək İslam Universiteti"nin təşəbbüsü ilə onlayn İslam Elmləri Akademiyası təsis edilib.

Bu akademiyada dini elmlər, o cümlədən hədis elmləri, İslami psixologiya, Maturidi əqidəsi, fiqh, İslami iqtisadiyyat elmi, dinşünaslıq və hədis mətnləri ilə tanışlıq dəsrləri internet üzərindən "online" tədris ediləcək.  

"Nur Mübarək İslam Universiteti"nin rəis müavini, universitetin ustadı və Qazaxıstanın dini elmlər araşdırmaçısı Kayrat Qurmanbayov bu barədə deyib: İslam dini barədə hazırlanmış qısa videolar tədris üçün universitetin saytında yerləşdiriləcək. Tələbələr bu videolardan istifadə edə biləcəklər. bu akademiyanın xüsusi imtiyazlarından biri də budur ki, 120 vahid dərsi uğurla başa vuran təbələrə bu barədə şəhadətnamə də veriləcək.    

https://iqna.ir/fa/news/3858059/

captcha