IQNA

Şarcə festivalında İslami incəsənət sərgisi açıldı

16:21 - December 27, 2018
Xəbər sayı: 3484428
İslami mövzuları ehtiva edən xəttatlıq əsərlərin sərgisinin açılış mərasimində Şarcənin Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Üveys və Şarcə İslami İncəsənət Fesitvalının müdiri Məhəmməd İbrahim Qəsir iştirak ediblər.

Şarcə festivalında İslami incəsənət sərgisi açıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şarcə İslami İncəsənət Fesitvalının çərçivəsində Misrli incəsənətçi Əhməd Mustafanın əsərlərinin sərgisi açıldı.

İslami mövzuları ehtiva edən xəttatlıq əsərlərin sərgisinin açılış mərasimində Şarcənin Mədəniyyət İdarəsinin rəisi Məhəmməd Üveys və Şarcə İslami İncəsənət Fesitvalının müdiri Məhəmməd İbrahim Qəsir iştirak ediblər.

Sərgidə Misrli incəsənətçi Əhməd Mustafanın xəttatlıq ilə yaratdığı Quran ayələri, Əsmaul-Hüsna, hədislər və üzərinə ayələr rəsm edilmiş xalça şəkilləri nümayiş edilib.

Əhməd Mustafa dünya şöhrətli xəttatdır. O, 1943-cü ildə anadan olub. İndiyədək müxtəlif mükafatlara layiq görülüb. 1997-ci ildə İngiltərə kraliçası onun bir əsərini Pakistan dövlətinin qurulmasının 50-ci il dönümündə Pakistan xalqına hədiyyə etmişdi.  

Qeyd edək ki, Şarcənin Beynəlxalq İslami İncəsənət Festivalının 21-ci turu "Üfüq" şüarı ilə Dekabr ayının 19-da başlayıb və 2091-cu ilin Yanvar ayının 17-dək davam edəcəkdir.  

http://iqna.ir/fa/news/3776061  

captcha