IQNA

Putin İslam maarifinin Rusiyada yayılmasının lazım olduğunu vurğuladı

17:51 - January 26, 2018
Xəbər sayı: 3482694
Rusiya prezidenti Vladimir Putin Kazan şəhərinin “Bolğar İslam Akademiyası”nın rəisi və bu ölkənin müftiləri ilə görüşündə İslam maarifinin Rusiyada yayılmasının lazım olduğunu vurğuladı.

Putin İslam maarifinin Rusiyada yayılmasının lazım olduğunu vurğuladıİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Kazan şəhərinin “Bolğar İslam Akademiyası”nın rəisi və bu ölkənin müftiləri ilə görüşündə İslam maarifinin Rusiyada yayılmasının lazım olduğunu vurğuladı.

Rusiya prezidenti Vladimir Putin bu görüşdə dedi: Mən 2013-cü ildə Ufa şəhərində (Rusiya federasiyasının Başqırdıstan respublikası) müfitlər ilə görüşümdə də demişdim və burda da deyirəm ki, İslam dini Rusiyanın mədəniyyətinin mühüm tərkib hissəsidir və şübhəsiz ki, müsəlmanlar bizim çoxmillətləri və çoxdinli cəmiyyətimizin əsas tərkib hissəsidirlər.

O vurğuladı: Öncədən də İslam maarifinin Rusiyada genişləndirilməsi və yayılması barədə tövsiyələrimi etmişəm və indi də təkid edirəm ki, ölkəmizin gələcək müftiləri ölkdə daxilində təlim və tərbiyə edilməlidir.

Qeyd edək ki, “Bolğar İslam Akademiyası” 2017-ci ilin Sentyabr ayında Tatarıstanın Kazan şəhərində fəaliyyətə başlamışdır. Bu akademiyada tələbələr İslam fiqhi və İslam təfəkkürü ixtisasları üzrə pulsuz təhsil alırlar.

http://iqna.ir/fa/news/3685314

captcha