IQNA

İslam dünyasının ən qədim xəritəsi Şarcə sərgisində + Foto

9:53 - November 13, 2017
Xəbər sayı: 3482383
İslamın dünyasının ilk kamil xəritəsinin 200 il öncəyə aid olan qədim nüsxəsi BƏƏ-nin Şarcə şəhərinin 36-cı beynəlxalq kitab sərgisinə çıxarılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslamın dünyasının ilk kamil xəritəsinin 200 il öncəyə aid olan qədim nüsxəsi BƏƏ-nin Şarcə şəhərinin 36-cı beynəlxalq kitab sərgisinə çıxarılıb.

Bu qədim xəritə iki yüz il öncə, 1803-cü ildə, Osmanlı imperatoru 3-cü Sultan Səlimin zamanından İstambul şəhərində əl ilə yazılıb, daha sonra çap və nəşr edilib.

Xəritədə İslam dünyasının 24 ölkəsinin ərazisi havadan görünüş formatında, rəngli və 53x73 sm. ölçüsündə hazırlanıb. Çap edilmiş xəritə jurnalına coğrafiyaşünas Məhmud Rəuf Əfəndi coğrafiya elmi ilə bağlı 79 səhifəlik müqəddimə yazıb.

Bu xəritədən dünyanın müxtəlif muzey və kitabxanalarında 20-ə qədər nüsxə vardır və dünyanın ən nadir xəritə nüsxələrinən bir hesab edilir.

Qeyd edək ki, BƏƏ-nin Şarcə şəhərinin 36-cı beynəlxalq kitab sərgisi 60 ölkədən 1650 naşirin iştirakı ilə Noyabr ayının 1-dən 11-dək keçirildi.

http://iqna.ir/fa/news/3662335


captcha