IQNA

Dünyanın ən qədim Quran nüsxəsindən fotolar

7:29 - November 07, 2017
Xəbər sayı: 3482352
Dünyanın ən qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi BƏƏ-nin Şarcə şəhərində keçirilən 36. beynəlxalq kitab sərgisində nümayiş olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən qədim və nadir əlyazma Qurani-Kərim nüsxəsi BƏƏ-nin Şarcə şəhərində keçirilən 36. beynəlxalq kitab sərgisində nümayiş olunur.

Misirin "əl-yəvm əs-sabe" qəzetinin xəbər və informasiya portalı bu barədə məlumat yayaraq yazır ki, dünyanın ən qədim və nadir əlyazma Quran nüsxəsi sayılan "Birmenqam Quran nüsxəsi"nin orjinalı və elektron nümunəsi hazırda BƏƏ-nin Şarcə şəhərinin 36. Beynəlxalq Kitab Sərgisində nümayiş olunur.

Bu sərgi Şarcənin "Ekspo" mərkəzində (expo centre sharjah) keçirilir. Sərginin bir hissəsi Qurani-Kərimin qədim nüsxələrinin nümayişinə həsr edilmişdir.

Burada dünyanın ən qədim Quran nüsxəsi sayılan "birmenqam Quranı" da sərgiyə qoyulub və elektron lövhədə bu nüsxənin barəsində məlumatlar verilib.

Bu nüsxə 2015-ci ilin İyul ayında universitetin qədim əlyazma sənədləri arasında kəşf edilib və yazılam tarixi xəlifə Osman ibn Əffanın zamanına aiddir.

Radikarbon analizlərinin 95/4% dəqiqlik ilə nəticəsi göstərir ki, Birmenqam Quranının yazıldığı tarix 568 və 645-ci illərə təsadüf edir. Buna görə də bu nüsxə Quranın ən qədim əlyazma nüsxəsidir.

Şarcənin 36. Beynəlxalq Kitab Sərgisi cari ilin noyabr ayının 1-də başlayıb və 11-dək davam edəcəkdir. Sərgidə dünyanın 60 ölkəsindən 1650 naşir iştirak edir.

http://iqna.ir/fa/news/3660592























Teqlər: iqna ، quran ، birmenqam ، nüsxə ، osman ، Şarcə
captcha