IQNA

Şarcədə Quranın əlyazma nüsxələrinin qorunması mərkəzi təsis edili

0:36 - September 13, 2017
Xəbər sayı: 3482147
BƏƏ-nin Şarcə şəhərinin "əl-Qasimiyyə universiteti"ndə Quran-Kərimin və İslami kitabların aztapılan və nadir əlyazma nüsxələrinin qorunması mərkəzi təsis edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarcə şəhərinin "əl-Qasimiyyə universiteti"ndə Quran-Kərimin və İslami kitabların aztapılan və nadir əlyazma nüsxələrinin qorunması mərkəzi təsis edildi.

İslami əlyazma nüsxələrin saxlanılması mərkəzi İslami mermarlıq metodu ilə iki mərtəbədə və 2800 kv.metr sahədə tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmişdir.

Bu mərkəzin açılış mərasimi keçən həftənin cüməxaşmaı günü, 7 sentyabr 2017-ci il, Şarcənin hakimi Şeyx Sultan ibn Məhəmməd Qasiminin iştirakı ilə keçirildi.

"İslami kitabların, sənədlərin və Quranın əlyazma nüsxələrinin qorunması mərkəzi"ndə Şarcənin hakiminin dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı əldə etdiyi və Hicri-Qəməri ilə 5-ci ərsə aid olan nüsxələr də saxlanılır.

Bundan əlavə mərkəzdə fiqh, təfsir, hədis, nücum, tibb, riyaziyyat, əczaçılıq və digər elmlərə aid orjinal, aztapılan və nadir əlyazma nüsxələr də mövcuddur.

Şarcənin hakimi Şeyx Sultan ibn Məhəmməd Qasiminin dediyinə görə, hazırda bu mərkəzdə müxtəlif elmlərə aid 1500 qədim əlyazma nüsxə saxlanılır ki, onların çoxu Ərəb dilindədir və mərkəz elmi tədqiqatlar üçün mötəbər bir yer hesab edilir.

http://www.iqna.ir/fa/news/3639855


captcha