IQNA

Vəhabi "alim"dən şok fətva:

İdman sazişləri bağlamaq haramdır

23:42 - October 25, 2016
Xəbər sayı: 3480924
Tehran, 25.10.2016 – Səudiyyə Ərəbistanın vəhabi "alim"lərindən biri son sayaqlamasında deyib ki, idman komandaları və idmançılar ilə idman üzrə saziş və müqavilə bağlamaq haramdır.

İdman sazişləri bağlamaq haramdır

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" beynəlxalq peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Məhəmməd əl- Əsimi – Səudiyyə Ərəbistanın "Ummul- Qüra" dini elmlər universitetinin "elmi heyət"inin üzvi, son açıqlamasında özündən yeni fətva uyduraraq deyib ki, idman komandaları və idmançılar ilə idman üzrə saziş və müqavilə bağlamaq və həmçinin klubların bir- biri ilə idmançı alqı- satqısı etməsi haramdır.

Səudiyyə Ərəbistanın "əl- Vətən" qəzetinin informasiya portalının yazdığına görə, Məhəmməd əl- Əsimi – Səudiyyə Ərəbistanın "Ummul- Qüra" dini elmlər universitetinin "elmi heyət"inin üzvi, iddi edib ki, bütün "vəhabi alimləri" idman növlərindən qazanılmış pulun və idman yarışları üçün xərclənən pulunun və bu işlə məşğul olmağın haram olması məsələsində yekdil rəyə malikdirlər.

Məhəmməd əl- Əsimi – Səudiyyə Ərəbistanın "Ummul- Qüra" dini elmlər universitetinin "elmi heyət"inin üzvi, açıqlamasında tələb edib ki, Ərəbistanın idman federasiyalarının gəlirlərinin şəri olub- olmamasını yoxlamaq üçün dini komitə yaradılsın.

Qeyd edək ki, keçən il də Səudiyyə Ərəbistanın vəhabi müftilərindən biri olan Məhəmməd Saleh əl-Müncid də fətvar vermişdi ki, idman üzrə jurnalist və aparcısı olmaq da haram peşədir.

http://iqna.ir/fa/news/3540805


captcha