IQNA

İngiltərədə Şeyx Zəkzakinin azadlıq tələbi ilə kompaniya

0:33 - April 22, 2016
Xəbər sayı: 3480351
Tehran, 22.04.2016 - İngiltərədə bir qrup insan haqları təşkilatları sosial şəbəkələrdə Nigeriya İslami Hərakatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılması tələbi ilə kompaniya başladıb.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press Tv-yə istinadla verdiyi xəbərə görə, İngiltərə insan haqları təkilatları Şeyx Zəkzakiyə qarşı heç bir ittiham irəli sürülmədən həbsdə saxlanıdığını bildiriblər.

Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.

Cari ilin yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. "Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”

İ. Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.

Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.

İngiltərə İnsan Haqları fəalları ümid edir ki, sosial şəbəkələrin yardımı ilə ictimayi rəyi Nigeriyada şiələrə qarşı təzyiqlər və zülmlərə qarşı yönəldə biləcəklər.

http://iqna.ir/fa/news/3490843


Teqlər: iqna ، zəkzaki ، nigeriya ، ingiltərə
captcha