IQNA

Amerikalı tələbələrə Türkiyədən dəstək gəldi

16:47 - April 28, 2024
Xəbər sayı: 3495849
İQNA - Mardində universitet tələbələri İsrailin Qəzzada törətdiyi qətliamlara ABŞ universitetlərində reaksiya verən tələbə və alimlərə qarşı təzyiqlərə reaksiya verib.

Türkiyə mətbuatı xəbər verir ki, Mardin Artuklu Universiteti tələbə qrupları tərəfindən ABŞ-da Qəzzaya dəstək yürüşü keçirən tələbələrə və alimlərə qarşı polis zorakılığına etiraz və universitet şəhərciyində zorakılığa məruz qalan tələbə və alimlərə dəstək məqsədilə bəyanat verilib və yürüş təşkil edilib.

Tədbirə gedən Mardin Artuklu Universiteti Rektoru Prof. Dr. İbrahim Özcoşar, vətəndaş cəmiyyəti nümayəndələri, universitet rəhbərləri, akademiklər və tələbələr iştirak ediblər.

captcha