IQNA

39-cu Beynəlxalq Quran Müsabiqəsinin Hakimlər Heyətinin bəyanatı

1:46 - February 23, 2023
Xəbər sayı: 3493743
İran İslam Cümhuriyyətinin 39-cu Beynəlxalq Quran Müsabiqəsinin hakimlər heyətinin rəhbəri bağlanış mərasimində bu müsabiqənin hakimlər heyətinin bəyanatını oxuyub.

"İQNA", xəbər verir ki, fevralın 22-də keçirilən bağlanış mərasimində İran İslam Cümhuriyyətinin 39-cu beynəlxalq Qurani-Kərim müsabiqəsinin münsiflər heyətinin rəhbəri Abbas Səlimi bu turnirin hakimlər heyətinin bəyanatını oxuyub.

Bəyanatın mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

«إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا»

"Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!" (İsra, 9).

Çoxlu həmd və şükürlər Allaha məxsusdur ki, mərhəmət yolu ilə Qurani-Kərimi, bu bənzərsiz vəhy nizamı, hikmət xəzinəsi, səadət qanunu, həyat kitabı və son ilahi kitabı son hidayət elçisi Həzrət Məhəmmədin (s) pak qəlbinə nazil etmişdir.

Onun pak ailəsinə, həzrətlərinin seçilmiş səhabələrinə və bu nur və hidayət kitabının nurlu ayələrini məhəbbətlə və səmimiyyətlə oxuyan bütün dünya müsəlman ümmətinin üzvlərinə salam olsun. Onlara salam olsun ki, bu barədə düşünməklə paralel olaraq Quranın ilahi hökm və qanunlarına əməl etməyi, onun müqəddəsliyini ömürlərinin sonuna qədər müdafiə etməyi özlərinə məqsəd qoyurlar.

İran İslam Cümhuriyyətinin Vəqf və Xeyriyyə Təşkilatının səyləri ilə 39-cu Beynəlxalq Qurani-Kərim müsabiqəsinin əzəmətli keçirilməsi, eyni zamanda, Şanlı İslam İnqilabının qələbəsinin 45-ci ilinin başlanğıcı ilə bərabər, böyük bir fürsət idi.  “Bir kitab, bir ümmət” şüarı ilə keçirilən yarışlar dünyanın hər yerindən olan ölkələrin şəxsiyyətləri və Quran təmsilçiləri üçün böyük fürsət oldu. Onlar Qurani-Kərimin mehvəri ətrafında birlik, bütövlük və həmrəylik nümayiş etdirərək Quranın bu nurani ayələrinə (Bu (Quran) aləmlərə ancaq bir öyüd-nəsihətdir!) "Sad, 87), (Səni də (Ya Rəsulum!) aləmlərə ancaq bir rəhmət olaraq göndərdik) (Ənbiya, 107), (Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik) (Fatir, 24) istinad edərək uca səslə dünya xalqlarına bildiriblər.

1_ Ümumbəşəri kitab və Həzrət Peyğəmbərin (s) missiyası olan Quran, dünyadakı bütün bəşəriyyəti hidayət etmək üçün ilahi bir vəzifədir. Buna görə də 39-cu Beynəlxalq Quran Müsabiqəsinin münsiflər heyəti və bu müsabiqənin bütün iştirakçıları İslam ümmətinə və dünya müsəlmanlarına rəğbət və həmrəyliklərini bəyan etməklə yanaşı, onların bütün xalqlarla sülh və dostluq səviyyəsini vurğulayırlar. Həmçinin bəzi ağılasığmaz hərəkətləri pisləyirlər. Bundan əlavə, dünyada iki milyarda yaxın müsəlmanın müqəddəs kitabı olan Qurani-Kərimi təhqir etmək və ya böyük peyğəmbərə (s) hörmətsizlik göstərməyi məhkum edirlər. Bütün dünyanı Qurani-Kərimin həyatverici kəlamlarını diqqətlə öyrənməyə və düşünməyə çağırırlar.

2_ 39-cu Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin Münsiflər Heyəti, İran İslam Cümhuriyyətinin banisi İmam Xumeyniyə (rəh) rəhmət diləyiblər. Həmçinin İslam İnqilabının Ali Məqamlı Rəhbərinə cansağlığı arzulayıblar. Quran yolunda şəhid olanların ruhlarına rəhmət göndəriblər.  Bu müsabiqənin bütün iştirakçılarına və təşkilatçılarına təşəkkür etməklə yanaşı, İslam xalqının övladlarının Qurani-Kərimin humanist təlimləri əsasında tərbiyə olunmasının zəruriliyini vurğulayıblar. Habelə ümid edirlər ki, Qurani-Kərimin göstərişlərinə dərindən diqqət yetirməklə İslami həyat tərzi müsəlman dünya ictimaiyyətinin bütün işlərinə hakim olacaq.

4123881

captcha