IQNA

Ərəbistanda keçirilən dünya silahlı qüvvələrinin Quran yarışlarına “ən gözəl səs” əlavə edilib

12:23 - October 28, 2022
Xəbər sayı: 3493154
Silahlı Qüvvələr üçün 9-cu Beynəlxalq Quran Hifzi Müsabiqəsi noyabr ayında Səudiyyə Ərəbistanında “Ən gözəl səs” kateqoriyasının əlavə edilməsi ilə keçiriləcək.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, bu yarışlar Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Dini İşlər Baş İdarəsi tərəfindən təşkil olunur və noyabrın 7-dən 14-dək keçiriləcək.

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Dini İşlər Baş İdarəsinin baş direktoru və bu yarışların baş nəzarətçisi Əbdür-Rəhman ibn Əbdül-Əziz Əl-Hüseyni deyir: "Hərbi qulluqçular arasında Qurani-Kərimin hifzi yarışlarının keçirilməsində məqsəd Səudiyyə Ərəbistanının Allahın Kitabına xidmətdəki rolunu vurğulamaqdır. Həmçinin dünyanın hər yerindən olan hərbi qulluqçuları Allahın Kitabını əzbərləməyə və onun mənaları üzərində düşünməyə təşviq etməkdir".

O, bildirib ki, Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Dini İşlər Baş İdarəsi bu yarışlarda iştirak etmək üçün 40-dan çox ərəb, islam və dost ölkələrin bir sıra hərbi rəsmilərini dəvət edib.

Əbdül-Əziz Əl-Hüseyni qeyd edib ki, builki Qurani-Kərimin hifzi müsabiqəsi xüsusilə silahlı qüvvələr üçün “Ən gözəl səs” müsabiqəsinin əlavə olunması ilə fərqlənib. Həmçinin verilən mükafatın məbləği əvvəlki dövrlərdən 1 milyon 500 min Səudiyyə rialına yüksəldilib.

4094579

captcha