IQNA

Malayziyanın Beynəlxalq Quran müsabiqəsi müsəlmanların birlik və bütövlüyünün təcəssümüdür

20:00 - October 23, 2022
Xəbər sayı: 3493133
İdris ibn Əhməd deyib: "Korona qadağaları səbəbindən iki illik fasilədən sonra bir daha dünyanın ən qədim Quran tədbirinin keçirilməsinə şahidlik edirik. Bu Quran müsabiqəsi hər il birliyi qorumağa xüsusi önəm verilərək keçirilir və Quran çətiri altında müsəlmanların birlik və bütövlüyünün təcəssümüdür".

Malayziyanın dini işlər naziri İdris ibn Əhməd,  bu ölkənin beynəlxalq Quran yarışlarının açılış mərasimi çərçivəsində "İQNA"-nın Kuala-Lumpura ezam olunmuş müxbiri ilə söhbətində deyib: "Bu il Malayziyanın Dini İşlər Nazirliyi hifz sahəsini bu müsabiqədən çıxarıb və 61 dəfə uğurla başa çatan ən böyük Quran tədbirini yalnız qiraət sahəsində təşkil etmək qərarına gəlib. Koronanın səbəb olduğu məhdudiyyətləri nəzərə alaraq, bu yarışda qonaqlarımızın sağlamlığını nəzərə alıb".

O, bildirib ki, bu il bu müsabiqədə iştirak etmək üçün 30-dan çox ölkə dəvət olunub. Hazırda müsabiqədə 21 ölkənin nümayəndəsi iştirak edib.

Malayziyanın Dini İşlər Naziri İslam birliyi kimi İslami dəyərlərin qorunub saxlanmasının zəruriliyini vurğulayaraq deyib: "Biz həmişə bu yarışmaları keçirməklə dünyanın hər yerindən müsəlmanları Quran çətiri altında toplamaq istəmişik. İslamın və müsəlmanların əsl simasını ifratçılıqdan uzaq göstərməyə çalışmışıq".

Sonda o, Malayziyada keçirilən beynəlxalq Quran müsabiqəsində İrandan olan nümayəndə heyətinin təmsilçisi Məsud Nurinin çıxışından danışıb və deyib: "İran hər il bu müsabiqələrə sayılıb-seçilən iştirakçılar və hörmətli qarilər təqdim edən ölkələrdən biridir. Bu, İran hakimiyyətinin yarışların keyfiyyət səviyyəsinə diqqətini göstərir.

4093692

captcha