IQNA

Livanda "Məhəmməd (s) və Quran" onlayn müsabiqə keçirilir

17:51 - October 18, 2022
Xəbər sayı: 3493103
Livanın “Maarif” İslam Mədəniyyəti Assosiasiyası “Məhəmməd Peyğəmbər (s) və Quran” onlayn müsabiqəsinin keçirilməsini elan edib.

"İQNA", Livandan xəbər verir ki, Bu yarışma “Maarif” İslam Mədəniyyəti Dərnəyinə bağlı Cənubi Livanda yerləşən Maarif Mərkəzinin səyləri ilə və Peyğəmbərin (s) mövludu ayı olan Rəbiul-Əvvəl ayı münasibətilə təşkil edilmişdir.

Livandakı “Maarif” kitabxanaları üçün təhsil və dəstək mərkəzi də bu müsabiqənin keçirilməsində əməkdaşlıq edir. Bu müsabiqəyə Peyğəmbər (s) haqqında 50 sual daxildir.

Müsabiqənin 45 sualına cavab verə bilən şəxslər qalibləri elan etmək üçün yekun püşkatmada iştirak edəcəklər.

Bu müsabiqədə iştirak üçün son tarix oktyabrın 20-i elan edilib. Qaliblər üçün 35 milyon Livan lirəsi dəyərində nağd pul və digər mükafatlar nəzərdə tutulub.

4092408

captcha