IQNA

Küveytdə Beynəlxalq Quran müsabiqəsi təsis edilmişdir

10:15 - October 08, 2022
Xəbər sayı: 3493038
Küveytin Nazirlər Kabineti bu ölkədə peyğəmbərlik sünnəsinin qorunması üçün beynəlxalq yarışların keçirilməsinə razılıq verib.

"İQNA", "Əl-Xəlic 24"-ə istinadən xəbər verir ki, bu xəbəri Küveytin Vəqf nazirinin müavini Fərid Emadi açıqlayıb və deyib: "Nazirlər Şurasının bu addımı Küveytin Allahın kəlamlarının və İslam Peyğəmbərinin (s) sünnəsinin qorunması xidmətində qabaqcıl olduğunu göstərir".

Küveytin Vəqf Nazirinin müavini Fərid Emadi həmçinin Küveytin Mükafat Beynəlxalq Quran Hifzi və qiraəti müsabiqəsinin 11-ci dövrəsində 70 ölkədən 130 iştirakçının iştirak etdiyini açıqlayıb.

O deyib ki, bu müsabiqə çərşənbə günü, oktyabrın 12-də Küveytin “Əl-Regency” otelində başlayacaq və bir həftə davam edəcək. Küveytin Vəqflər Nazirliyi bu beynəlxalq Quran müsabiqəsinin təşkili üçün bütün lazımi tədbirləri görüb.

Fərid Emadi bildirib: "Bu müsabiqənin açılış mərasimi Küveytin baş nazirinin iştirakı və 200 yerli və xarici qonağın iştirakı ilə keçiriləcək".

O əlavə edib ki, Küveytin beynəlxalq Quran yarışlarını dünyanın müxtəlif ölkələrində keçirilən digər beynəlxalq Quran yarışlarından fərqləndirən cəhətvardır. O  budur ki, Xüsusilə 8-12 yaş qrupunda olanlar üçün Quranı on qiraət növü ilə əzbərləmək və Quranı tam əzbərləmək kimi sahələr var.

4090111

captcha