IQNA

Əbdül-Ati Nasifin Əhli-beytə (ə) bağlılığı məşhur idi

10:25 - June 11, 2022
Xəbər sayı: 3492377
Tanınmış Misir qarisi Şeyx Əbdül-Ati Nasif Əhli-Beytə (ə) aşiq olması ilə məşhur idi. O qədər ki, ona "Qariül-Övliya" deyirdilər.

İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, iyunun 8-i Misir və ərəb dünyasında yeni əsrdə Qurani-Kərim tilavətinin ən görkəmli simalarından biri Şeyx Əbdül-Ati Nasifin vəfatının səkkizinci ildönümünə təsadüf edir. O, 2014-cü ildə 81 yaşında dünyasını dəyişib.

Şeyx Əbdül-Ati Həsən Əli Nasif 12 yanvar 1933-cü ildə Misirin Qalyubiya əyalətinin Şəbinul-Qənatir bölgəsində anadan olub. O, hələ 12 yaşı olmamış atası 1944-cü ildə vəfat edib. Babası ona qayğı göstərmiş, onu Qurani-Kərimi əzbərləməyə təşviq etmişdir.

Şeyx Əbdül-Ati Nasif 15 yaşında Qurani-Kərimi əzbərləyib və Quranı tilavət etməyi öyrənib.

Şeyx Əbdül-Ati Nasif 1969-cu ildə Misir Radiosunda rəsmi qari kimi təsdiqlənib.

Tanınmış Misir qarisi Şeyx Əbdül-Ati Nasif Əhli-Beytə (ə) aşiq olması ilə məşhur idi. O qədər ki, ona "Qariül-Övliya" deyirdilər.

kod

4062767

Teqlər: Əhli-beyt ، Misir qarisi ، qari ، quran ، tilavət
captcha