"İQNA", "Əl-Ərəbiyyul-Cədid"-ə istinadən xəbər verir ki, livanlı aşpaz həm də tanınmış blogger Süməyyə Hicazi, İnstaqram səhifəsində açıqlama verib ki, "Fullhouse" mağazası onun öz səhifəsində hicablı satıcının hicabı ilə bağlı yazdıqlarına görə onunla əlaqə saxlayıb.
Süməyyə öz bloqunda Beyrutun Əl-Əşrəfiyyə bölgəsindəki ABC ticarət mərkəzinin hicabına görə yeni satıcı qadını hicablı satıcı ilə əvəz edən addımı haqqında yazıb.O, bildirib ki, ticarət mərkəzi öz hərəkətinə haqq qazandıraraq hicabın ticarət mərkəzinin siyasəti ilə ziddiyyət təşkil etdiyini izah edib.
Süməyyə Hicazinin sözlərinə görə, "fullhouse" mağazası bu ticarət mərkəzinin izahlarını təhqiramiz hesab edib və onun hər cür ayrı-seçkiliyə qarşı olduğunu vurğulayıb. Bu hərəkətdən sonra bu ticarət mərkəzinə bağlı bütün köşklər bağlanıb.
Süməyyə öz səhifəsində ABC ticarət mərkəzinin addımına cavab olaraq "Full House" mağazasının bu mərkəzlə bağlı mesajını dərc edib və paylaşıb.
O, bunun kimin başına gəldiyinin fərq etmədiyini izah edib. Daha doğrusu, bu hekayənin dərsi ondan ibarətdir ki, irqçiliyə qarşı susmaq məqbul deyil. Əsas odur ki, biz bu haqda danışa bilir və səsimizi bütün dünyaya çatdıra bilirik. Həmçinin gənc qadını sırf hicablı olduğu üçün işdən çıxaran şirkətlər, məktəblər və insanlardan danışa bilirik.
4033705