IQNA

Tunis Kitab Sərgisinin ən çox ziyarət edilən stendləri

16:04 - November 18, 2021
Xəbər sayı: 3491218
36-cı Tunis Beynəlxalq Kitab Sərgisi, əvvəlki illərdə olduğu kimi bu il də keçirilir. Bu sərgidə Livan, Suriya, Misir, İraq, Türkiyə və Mavritaniya da daxil olmaqla müxtəlif nəşriyyatlar iştirak edir.

"İQNA"-nın verdiyi xəbərə əsasən, 36-cı Tunis Beynəlxalq Kitab Sərgisi, 2021-ci il noyabrın 11-də açılıb. Noyabrın 21-dək davam edəcək.

Bu sərgi müxtəlif yaş qruplarından olan ziyarətçiləri qəbul edir. Maraqlı məsələ Quran və İslami kitablar təqdim edən dini nəşriyyat mərkəzlərində ziyarətçilərin maksimum olmasıdır. Ziyarətçilər bu mərkəzlərin stendlərinə çox rəğbət göstərirlər.

"Darul-Fəcril-İslami", "Darul-Mərifət", "Darul-Xeyr" və "Darut-Təqva" bu sərgidə Suriyadan iştirak edən nəşriyyatlardır.

"Darul-Ğousani", "Əlmisbah", "Darul-loluə" və "Darul-ğədidil-cədid" bu sərgidə Misirdən iştirak edən nəşriyyatlardır.

"Darur-risalət" bu sərgidə Livandan iştirak edən nəşriyyatdır.

"Daruruz-Zeytunətu lilkitab" və "Darul-İmamul-Maziri", Darul-Malikiyyə", "Nomam" və "Daru Səhnun" bu sərgidə Tunisdən iştirak edən nəşriyyatlardır.

4014157

captcha