IQNA

BMT-dən həyəcan təbili: Burada uşaqlar acından ölür

21:23 - September 29, 2021
Xəbər sayı: 3490852
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib ki, Efiopiyanın Tiqray rayonundakı humanitar böhran “dünya ictimaiyyətinin vicdanındakı ləkədir”.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib ki, Efiopiyanın Tiqray rayonundakı humanitar böhran “dünya ictimaiyyətinin vicdanındakı ləkədir”.

O deyib ki, döyüşlərin getdiyi Tiqrayda dinc insanlar, o cümlədən də uşaqlar aclıqdan dünyalarını dəyişirlər.

BMT rəsmisi adıçəkilən region sakinlərinə humanitar yardım göstərməyə dair çağırış edib.

Qriffits xatırladıb ki, Efiopiyada 1980-ci illərdə baş vermiş böhran 1 milyona yaxın insanın həyatına son qoyub. O, oxşar vəziyyətin təkrarlanmayacağına ümid etdiyini ifadə edib.

Qeyd edilib ki, hazırda Tiqraya lazım olan yardımın cəmi 10 faizi gedir. İnsanlar normal yeməyin əvəzinə güllər, otlar və meyvəköklülərlə qidalanırlar. / Şəfəqna

Teqlər: bmt ، efiopiya ، Tiqray
captcha