IQNA

Fələstinli ailə 600 əfqanıstanlı qaçqını yeməyə qonaq etdi

8:01 - August 29, 2021
Xəbər sayı: 3490612
Mançesterdə yerləşən Fələstin restoranı Əfqanıstandakı müharibədən əziyyət çəkən həmdinlərini yeməyə qonaq edib.

Böyük Britaniyaya gələn 600 əfqanıstanlı qaçqını burada artıq isti və ləziz yeməklər gözləyirdi.

Mançesterdə yerləşən Fələstin restoranı Əfqanıstandakı müharibədən əziyyət çəkən həmdinlərini yeməyə qonaq edib.

Restoran sahibləri Əli Yusif və onun həyat yoldaşı Aişə deyiblər ki, əfqanıstanlı qaçqınlara yardım əli uzatmağı özlərinə borc biliblər, çünki onların özü də 30 il öncə vətənləri Fələstindəki müharibə və işğaldan qaçmaq məcburiyyətində qalaraq İngiltərəyə gəliblər.

“Bizim ət tədarükçümüz xeyriyyə üçün 600 pors yemək hazırlamağa hazırlaşdığımızı biləndə, ətin bir hissəsini pulsuz verdi”, – deyə Əli Yusif qeyd edib.

“Biz yemək porslarını maksimum böyük etməyə çalışdıq, çünki hərbi təyyarələrlə gələn həmin insanlar, bəlkə də, bir neçə gün idi ki, isti yemək yemirdilər. Biz onlar üçün yeməkləri dəyərli qonaqlarımız üçün hazırladığımız kimi hazırladıq ki, onlar özlərini evlərindəki kimi hiss edə bilsinlər”, – deyə o, əlavə edib. / Şəfəqna

captcha