Səudiyyə Ərəbistanı məhkəməsi Fələstinin HƏMAS hərəkatının rəsmisi Məhəmməd əl-Hudarini 15 il müddətinə azadlıqdan məhrum edib.
Əl-Hudarinin ailəsindən bildirilib ki, onun oğlu da 3 il müddətinə azadlıqdan məhrum edilib.
Səudiyyə Ərəbistanı məsələ ilə bağlı şərh verməyib.
“Amnesty International” (AI) fevral ayında bildirmişdi ki, 83 yaşlı əl-Hudari xərçəng xəstəliyi ilə bağlı əməliyyat keçirib.
Əl-Hudari və onun oğlu 2019-cu ilin aprel ayında tutulublar. AI Səudiyyə Ərəbistanını əsassız ittihamları geri çəkməyə və ata və oğlu azad etməyə səsləyib.
HƏMAS-ın məlumatına görə, Səudiyyə Ərəbistanı sözügedən hərəkatın 60 üzvünü həbs edib. /AA