IQNA

BMT uşaqlara qarşı zorakılıqla bağlı tərtib etdiyi qara siyahıya İsrailin adını salmadı

19:26 - June 29, 2021
Xəbər sayı: 3490174
BMT-nin uşaqlara qarşı zorakılıqla bağlı tərtib etdiyi qara siyahıda İsrail rejimi və Səudiyyə Ərəbistanının adını salmayıb.

BMT-nin uşaqlara qarşı zorakılıqla bağlı tərtib etdiyi qara siyahıda İsrail rejimi və Səudiyyə Ərəbistanının adını salmayıb.  

Bu isə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxti Rəvançinin etirazına səbəb olub. O,uşaqlara qarşı zorakılıq mövzusunda təşkil edilən iclasda çıxışında BMT-nin bu qərəzli addımını kəskin tənqid edib:

"Son 11 günlük Qəzza müharibəsində İsrail rejimi  tərəfindən öldürülən 253 nəfərdən 66-sı uşaq olub. Buna baxmayaraq, İsrail qara siyahıda yer almayıb".

Məcid Təxti Rəvançi eyni zamanda Səudiyyə koalisiyasının aviazərbələrində Yəməndə indiyə qədər 3,500 uşağın öldüyü və 4000 uşağın yaralanması və şikəst vəziyyətinə düşməsinə toxunaraq, BMT-nin görməzdən gəldiyini bildirib.

eastnews

captcha