IQNA

İƏT israilin cinayətlərini məhkum etdi

10:16 - May 17, 2021
Xəbər sayı: 3489832
İslam Əməkdaşlıq Təşkilatına daxil olan müsəlman dövlətləri İsrail rejimindən Fələstinə və fələstinlilərin mülkiyyətlərinə barbar hücumları dərhal dayandırmağı tələb edib.

İslam Əməkdaşlıq Təşkilatına daxil olan müsəlman dövlətləri İsrail rejimindən Fələstinə və fələstinlilərin mülkiyyətlərinə barbar hücumları dərhal dayandırmağı tələb edib.  

Belə bir bəyanat İƏT ölkələrinin XİN rəhbərlərinin keçirilən təcili onlayn toplantısında qəbul olunub.  
"Fələstin torpaqlarını işğal edən İsrail Fələstin xalqına, onun torpaqlarına, müqəddəs məkanlarına qarşı barbar hücumlar həyata keçirir. Biz dərhal bu hücumları dayandırmağı tələb edirik və bunu hərbi cinayət, beynəlxalq hüquq və qanunların pozulması kimi dəyərləndiririk", - deyə bəyanatda bildirilir.  
Təşkilata üzv dövlətlər baş verənlərə və yaranmış gərginliyə görə bütün məsuliyyətin İsrail rejimi üzərində olduğunu bəyan edərək işğalçı rejiminə qarşı BMT-nin beynəlxalq cinayət məhkəməsində mühakimə irəli sürülməsini tələb edib. /iqna
Teqlər: iət ، israil ، fələstin ، qüds
captcha