IQNA

Ramazanda Ümrə ziyarəti üçün vaksinasiya tələb edilməyəcək

18:05 - April 02, 2021
Xəbər sayı: 3489550
Bu il Ramazan ayında Ümrə ziyarətini yerinə yetirmək istəyən zəvvarlardan koronavirus əleyhinə peyvənd etdirmələri tələb edilmir.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu il Ramazan ayında Ümrə ziyarətini yerinə yetirmək istəyən zəvvarlardan koronavirus əleyhinə peyvənd etdirmələri tələb edilmir.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu il Ramazan ayı zamanı Ümrə ziyarətinə icazə üçün pevənd icbari deyil.

Lakin bu həftə daha öncə nazirliyin yaydığı sənəddə deyilirdi ki, Həcc və Ümrə ilə bağlı xidmətlər sahəsində işləyən sektorlardan öz işçilərini Ramazan ayınadək vaksinasiya etdirmələri tələb edilir. Vaksinasiyadan keçməyən işçilər isə hər yeddi gündən bir PZR-testin mənfi nəticəsini təqdim etməlidirlər.

Teqlər: həcc ، Ümrə ، ərəbistan ، səudiyyə
captcha