İmam Əlinin (ə) mütəhhər hərəmi İmam Məhəmməd Təqinin (ə) mübarək mövludu günlərində bəzədilib.
Həzrət Əlinin (ə) hərəminin qübbəsinin qarşısında 9-cu İmamın (ə) adı qeyd olunan bayraqlar və rəngli işıqlar asılıb.
Hərəmin bütün minarələri və sütunlarına da mövlud bayraqları asılıb.
Qeyd edək ki, İmam Əlinin (ə) hərəmi həm də mübarək Rəcəb ayının 13-ü O həzrətin mövludu münasibətilə bəzədilib.
İmam Əlinin (ə) hərəmi bu ilin fevral ayının 25-nə təsadüf edən mövlud tədbiri üçün geniş hazırlıqlara başlayıb.
Belə ki, daxili hissələri və dəhlizləri yüzlərlə qızılgül çələngləri ilә bəzədilib və müxtəlif rəngli, eləcə də İmam Əlinin (ə) adı yazılmış ağ bayraqlar asılıb. /IQNA/