IQNA

İƏT: İslami Fiqh Assosiasiyası ekstremizm və radikalizmlə mübarizə üçün çalışır

7:52 - December 26, 2020
Xəbər sayı: 3488922
Tehran (IQNA) -  İƏT-in baş katibi İslami Fiqh Assosiasiyasının ekstremizm və radikalizmlə mübarizə və moderasiyanın yayılması üçün gördüyüşü işlər informasiya verilməsinin zəruriliyini vurğulayıb.

İƏT-in baş katibi İslami Fiqh Assosiasiyasının ekstremizm və radikalizmlə mübarizə və moderasiyanın yayılması üçün gördüyüşü işlər informasiya verilməsinin zəruriliyini vurğulayıb.

İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi Yusif bin Əhməd əl-Əsimeyn cari həftənin Cümə Axşamı günü (24 Dekabr 2020) İslami Fiqh Assosiasiyasının idarə heyətinin ilk virtual iclasında İƏT-ə üzv ölkələrin İslami Fiqh Assosiasiyasının ekstremizm və radikalizmlə mübarizə və moderasiyanın yayılması üçün gördüyüşü işlər cəmiyyətə məlumat vermələrinin zəruri olduğunu qeyd edərək deyib: İslami Əməkdaşlıq Təşkilatı bu yolda İslami Fiqh Assosiasiyasının bütün fəaliyyətlərini dəstəkləyəcəkdir.

İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) baş katibi Yusif bin Əhməd əl-Əsimeyn vurğulayıb: Müsəlmanlar arasında mövcud olan fiqhi ixtilaflardan siyasi və ideoloji hədəflər üçün istifadə etmək təkcə İslam ümmətinin düşmənlərinə kömək edir, radikalizm və terrorizmin qidalanmasına səbəb olur. Buna görə də İslam ümmətinin alimləri bu məsələdə vahid mövqedən çıxış etməli və həmrəylik göstərməlidirlər.

Yusif bin Əhməd əl-Əsimeyn əlavə edib: İslami Fiqh Assosiasiyasının baş katibliyi öz tabeliyində olan qrumların müsəlmanlara xidmət, məzhəblərin, ideoloji məktəblərin və İslami firqələrin yaxınlaşmasında əhəmiyyətli rola malikdir. /3943195

 

captcha