IQNA

Kazimeynə girişi qadağan edilib və İmam Cavadın (ə) ziyarəti üçün onlayn qeydiyyat aparılır

15:55 - July 20, 2020
Xəbər sayı: 3487675
Tehran (IQNA) - İraqın Kazimeyn şəhərinə girişi qadağan edilib. Hərəm xidmətçiləri ziyarətçilərin əvəzinə Həzrət İmam Cavadın (ə) zərihini ziyarət etmək üçün onlayn qeydiyyat aparılır.
İmam Cavadın (ə) şəhadəti ərəfəsində, zəvvarların Kazimeynə girişi qadağan edilib.  
Maide.Az “Aljawadain” saytına istiandla  xəbər verir ki, koronavirus epidemiyasının yayılması səbəbilə İmam Cavadın (ə) şəhadəti ərəfəsində İmam Museyi-Kazım (ə) və İmam Muhəmməd ət-Təqinin (ə) hərəminə giriş qadağan edilib və hərəm xidmətçilərinin digər şəhər və ölkələrdən olan zəvvarların əvəzində naib olaraq O həzrətin hərəmini ziyarət etməsi üçün  qeydiyyat başlanıb. 
Ziyarət üçün İmam Cavadın (ə) hərəmində qeydiyyatdan  BURADAN  keçə bilərsiz.  İmam Cavadın (ə)  hərəminin xidmətçiləri  qeydiyyatdan keçən zəvvarların əvəzində O həzrətin qəbrini bu gün və sabah ziyarət edəcək. 
captcha