IQNA

 Amerikalı keşiş sanksiyaların ləğvi qarşılığında azad edilir

7:24 - October 13, 2018
Xəbər sayı: 3484044
Ankara və Vaşinqtonun razılaşması əsasında Türkiyədə həbsdə olan keşiş "Andrew Brunson" ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin qarşılığında yaxın günlərdə azadlığa çıxacaqdır.

 Amerikalı keşiş sanksiyaların ləğvi qarşılığında azad edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ankara və Vaşinqtonun razılaşması əsasında Türkiyədə həbsdə olan keşiş "Andrew Craig Brunson" ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin qarşılığında yaxın günlərdə azadlığa çıxacaqdır.

Bundan əlavə bu razılaşmaya əsasən keşişin əleyhinə qaldırılmış ittihamlar azaldılacaq, keşişin Türkiyədə qaldığı 2 il onun həbs dövründən hesablanacaq və o, həbsinin qalan vaxtını ABŞ-da keçirəcəkdir.  

Əfqanıstanın "SƏNA" xəbər agentliyinin bu barədə yaydığı məlumatda deyilir ki, "Andrew Craig Brunson"un azadlığa buraxılması barədə Rəcəb Təyyib Ərdoğan və Donald Tramp BMT-nin (Birləşmiş Millətlər Təşkilatı)  Baş Assembleyasının iclasındakı görüşləri zaman razılığa gəliblər.

Qeyd edək ki, "Andrew Craig Brunson" 2016-cı ildə Türkiyə əleyhinə casusluq, Kürd silahlı qruplaşmaları və Fətullah Gülən şəbəkəsi ilə əlaqəli olmaqda ittiam edilərək həbs edilmişdi.

http://iqna.ir/fa/news/3755072

Teqlər: iqna ، türkiyə ، keşiş ، gülən
captcha