IQNA

Vəhşi fillər Ruhingiyalı müsəlmanları öldürdü

8:25 - April 08, 2018
Xəbər sayı: 3482998
Banqladeşdə sığınacaq almış müsəlmanların bir neçəsi vəhşi fillərin hücumu nəticəsində ölüb və yaralanıb.

Vəhşi fillər Ruhingiyalı müsəlmanları öldürdüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Banqladeşdə sığınacaq almış müsəlmanların bir neçəsi vəhşi fillərin hücumu nəticəsində ölüb və yaralanıb.

Məlumatda deyilir ki, keçən bir il ərzində eyni hadisə dəfələrlə baş verib və vəhəşi fillərin qaçqın düşərgəsinə hücumu nəticəsində ən azı 13 nəfər ölüb.

Son hadisə Banqladeşin Kukasbazar şəhərinin şərqində baş verib. Bu dəfə də fillərin hücumu qaçqınların ölməsi və yaralanması ilə nəticələnib.

Qeyd edək ki, ruhingiyalı müsəlmanların Banqladeşdəki qaçqın düşərgəsi vəhşi fillərin mövsümi miqrasiya marşrutunda yerləşib və hər dəfə bu məsələ faciəli hadisələrin baş verməsi ilə nəticələnir.

http://iqna.ir/fa/news/3703755

Teqlər: iqna ، ruhingiya ، fil ، qaçqın
captcha