IQNA

Ayətullah Sistani başsağlığı verdi

12:24 - October 08, 2017
Xəbər sayı: 3482239
İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani ölkənin keçmiş prezidenti Cəlal Talabaninin ölümü ilə əlaqədar ailəsinə başsağlığı verib.

Ayətullah Sistani başsağlığı verdiİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) eastnews.org-a istinadla xəbər verir ki, İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistani ölkənin keçmiş prezidenti Cəlal Talabaninin ölümü ilə əlaqədar ailəsinə başsağlığı verib.

Ayətullah Sistaninin başsağlığı mətnində İraqın sabiq prezidenti, Kürdüstan Vətənpərvərlər Birliyinin baş katibi Cəlal Talabaninin daim İraq xalqını düşündüyü və öz hakimiyyəti dövründə iraqlıları birləşdirmək üçün çox çalışdığı qeyd olunub.

2012-ci ildə Amerika səfəri zamanı beyin qanaxması diaqnozu ilə xəstəxanaya aparılan Talabani müalicəsini Almaniyada davam etdirdi. Səhhəti yaxşılaşandan sonra İraqın Süleymaniyə şəhərinə geri döndü. Amma onun səhhəti vəzifəsini davam etdirməyə imkan vermədi.

Yenə də səhhəti ilə əlaqədar Almaniyaya gedirdi. O, oktyabrın 3-də 83 yaşında Almaniyada müalicə aldığı klinikada dünyasını dəyişdi.

captcha