IQNA

Bəhreyn xalqı Ali-Xəlifənin cinayətlərinə etiraz edib

13:09 - June 10, 2017
Xəbər sayı: 3481742
Bəhreyn xalqı bu ölkənin din xadimlərinin çağırışına ləbbeyk deyərək, kəskin təhlükəsizlik məhdudiyyətlərinə rəğmən, Bəhreynin bir çox məntəqəsində küçələrə çıxıbdır.

Bəhreyn xalqı Ali-Xəlifənin cinayətlərinə etiraz edib

Sahartv-nın məlumatına görə, Bəhreyn xalqı bu aksiyalarda "Allahu-Əkbər!" şüarları verərək, Ali-Xəlifənin xəfiyyə qüvvələrinin Əldiraz məntəqəsinə hücum etmələrinə, bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasimin mənzilini mühasirəyə almalarına, eləcə də bəhreynli gəncləri həbs etmələri və ya onlarıöldürmələrinəqarşı öz hiddətini ifadə edibdir.

Bəhreyn xalqı həmçinin Ali-Səud rejimi hərbçilərinin Ərəbistanın Qətif şəhərinə qarşı hücumunu pisləyibdir.

Ali-Xəlifənin xəfiyyə qüvvələri dəBəhreyn xalqının aksiyalarını yatırtmaq, onlara tərəf güllə atmaq və gözyaşardıcı qazlar buraxmaqla onları hədəfə alıblar.

captcha