IQNA - Yüzlərlə Hindistan müsəlmanı Yeni Dehlinin baş naziri
Arvind Kecviralın ofisinin qarşısında toplaşaraq, onun rəhbərlik etdiyi
partiyanın bir üzvü tərəfindən Pəncab əyalətində keçirilən toplantıda
Qurani-Kərimin cırılmasına etiraz ediblər.
Etirazçılar bəyanat yayaraq, Qurani-Kərimә qarşı dözümsüzlük nümayiş edən şəxsin və partiyanın rəsmi şəkildə üzr istəməsini və həmin şəxsin mühakimə olunmasını tələb ediblər.
Radikal hindlilәrdәn Nareş Yado bir ay əvvəl partiyasının Pəncab ştatındakı iclasında Qurani-Kərimdən bir neçə səhifə cıraraq müqəddəs kitaba qarşı düşmənçiliyini göstərmişdir.
Qeyd edək ki, Hindistanın 1 milyard 250 milyon əhalisindən 200 milyonu müsəlmandır. (maide.az)