IQNA

İngiltərə 3 min qaçqın uşağı qəbul etməkdən imtina etdi

8:37 - April 27, 2016
Xəbər sayı: 3480380
Tehran, 27.04.2016 - İngiltərə parlamenti Avropadakı qaçqın düşərgələrindəki kimsəsiz 3 min uşağın qəbuluna dair təklifi rədd edib.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA)-nın Eastnews-a istinadla verdiyi xəbərə görə, Hakimiyyətdəki Mühafizəkar Partiya ailələrin uşaqlarını təkbaşına Avropaya göndərməyə çalışacağını bildirərək təklifə qarşı çıxıb.

Daxili işlər nazirinin müavini Ceyms Brokenşir, "Bu qanun ailələri uşaqlarını insan qaçaqmalçılarına təslim etməyə təşviq edə bilər. Ağır şərtlər altında dənizi keçməyə çalışacaq bu uşaqların həyatı riskə girə bilər. Hökumət belə bir nəticəyə yol açacaq təklifə dəstək verə bilməz", deyib.

Təklif edilən qanun dəyişikliyinin 294 deputat əleyhinə, 276 deputat isə lehinə səs verib.

Teqlər: ingiltərə ، qaçqın ، uşaq
captcha