IQNA

İslam dünyasının ilk məscidinə xalça döşəndi – Foto

11:55 - July 08, 2020
Xəbər sayı: 3487579
Tehran (IQNA) -  Səudiyyə Ərəbistanın İslami İşlər, Təbliğ və İrşad Nazirliyi müsəlmanların ilk məscidi olan Quba məscidinin xalça ilə döşəndiyini xəbər verib.

Məscidlərin yenilənməsi və təchiz edilməsi layihəsi çərçivəsində Quba məscidinə 4 min 988 metr xalça döşənib.

Məsciddə xanımların müsəllası (namaz qıldıqları yer) genişlənib və məsciddin ümumi tutumu 1200 nəfərdən 1850 nəfərə çatdırılıb.

Bundan əlavə məscid təhlükəsizlik kameraları və yeni işıqlandırma sistemi ilə təchiz edilib.

Məscidin ətrafında insanların hərəkəti üçün şərait yaradılıb, işçilərin, nəzarəçilərin və xuddamların sayı artırılıb.

Qeyd edək ki, Quba məscidi İslam dünyasının ilk məscidi sayılır. Bu məscidi Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edərkən Mədinə şəhərinin yaxınlığında inşa etdirib.

Məscid müxtəlif dövrlərdə yenilənib. Axırıncı dəfə 1405-ci hicri-qəməri ilində məscidin eyvanları və otaqları genişləndirilib, 47 metr hündürlükdə 4 minarə və 12 diametrlik 6 böyük günbəz əlavə edilib. Şəbistanın sahəsi 5035 metrə çatdırılıb.   /3909225

 
captcha