IQNA

İndoneziya Quran yarışlarına 8 nümayəndə göndərəcək

9:35 - May 28, 2020
Xəbər sayı: 3487302
Tehran (IQNA) - İndoneziya cari ilin beynəlxalq Qurani-Kərim yarışlarına ölkənin ən yaxşı Quran qarilərindən 8 nəfərini ezam edəcək.

Bu barədə İndoneziyanın İslami İrşad və Dini Nazirliyinin baş direktoru Qəmərüddin Əmin mətbuata açıqlama verib.

O deyib: Bu il (1441 hq) mübarək Ramazan ayında keçirilən milli yarışlarda 8 nəfər Quranın qiraəti üzrə fərqləniblər. Həmin səkkiz nəfər cari ilin beynəlxalq Quran yarışlarında ölkəni təmsil edəcəklər.

Qeyd edək ki, cari ilin mübarək Ramazan ayında İndoneziyada keçirilən milli Quran yarışlarında 34 kişi və 34 xanım olmaqla 68 nəfər iştirak edib. Hər iki kateqoriya üzrə (kişilər və xanımlar) 4 nəfər qalib elan edilib.

İndoneziyanın İslami İrşad və Dini Nazirliyinin baş direktoru Qəmərüddin Əmin bildirib ki, bu il ölkəmizin qariləri Misr, İran, türkiyə, Bəhreyn və sair dövlətlərdə keçiriləcək bir çox beynəlxalq yarışlara dəvət ediliblər. Amma bu yarışlar koronavirusa görə təxirə salınıb.   

3901495

 

captcha