2020-ci ilin "İndoneziya Muzey Rekordu Mükafatı" mərasimində Cavə əyalətinin qubernatoru Xəfifə İndər Paravangasa ən böyük onlayn Quran xətmi və Quranın nazil olması onlayn festivalını təşkil etdiyinə görə iki mükafat verilib.
Bu mükafat Cavə əyalətinin onlayn tilavət və festivalın təşkilində fəallıqları ilə seçilən və yaxından iştirak edən 17 icra hakimi, bələdiyyə başçıları və 4 min Quran hafizinə təqdim edilib.
Quranın Nazil Olması Festivalı hər il Qədər gecəsində (Əhli-Sünnəyə görə mübarək Ramazan ayının 27-də) müxtəlif müsəlman ölkələrində keçirilir.