IQNA

Höccətul-İslam Hacı Əhliman FİTRƏ zəkatının məbləğini elan etdi

23:39 - May 20, 2020
1
Xəbər sayı: 3487267
İlahiyyatçı alim Höccətül-İslam Hacı Əhliman bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə isə 9.50 manat edir.

Bakı şəhərinin Hacı Cavad məscidinin axundu, ilahiyyatçı alim, Höccətül-İslam Hacı Əhliman Rüstəmov bildirib ki, ölkəmizdə 2020-ci ilin fitrə zəkatının məbləği adambaşına unun qiymətinə görə 1.80 manat, düyünün qiymətinə görə isə 9.50 manat edir.

Qeyd edək ki, fitrə zəkatı insanların gündəlik qida kimi ən çox işlətdikləri buğda, un, düyü, kişmiş, arpa və xurma kimi məhsulların 3 kiloqramının bazar qiyməti ilə hesablanır.

İlahiyyatçının sözlərinə görə, hər bir oruc tutan şəxs ay göründükdən sonra gecikmədən fitrə çıxarmalıdır. Lakin ay görünmədən, bayramın daxil olmağı bilinmədən fitrə vermək düzgün hesab edilmir. Əgər bir insanın gündəlik tələbatını ödəmək imkanı varsa mütləq fitrə çıxarmalıdır. Dolanışığında çətinlik olan, gündəlik qida tələbatını ödəyə bilməyən müsəlmana isə fitrə vermək vacib buyurulmur.

www.ahliman.info

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Rekhshen
0
0
İtin qabağına yal düzəldən də belə UNA belə su vururran ki heyvan əziyyət çəkməsin. Bu harası ilə fikirləşib ki UN FİTRE vermek lazımdır?!
özü görəsən UN yeyib ay boyu?!
captcha