IQNA

Avstraliyada İslamofobiya barədə son hesabat nəşr edilib

22:50 - November 18, 2019
Xəbər sayı: 3486169
Hesabatda cari ildə hicablı müsəlman qadınlara İslamofobiya zəminində edilən hücumların sayının 2016-2017-ci illər ilə müqayisədə 60 faiz çoxladığı müşahidə edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin birinci günü, 18 Noyabr 2019-cu il, Avstraliyada 2019-cu ildə İslamofobiya barədə son hesabat nəşr edilib.

Hesabatda cari ildə hicablı müsəlman qadınlara İslamofobiya zəminində edilən hücumların sayının 2016-2017-ci illər ilə müqayisədə 60 faiz çoxladığı müşahidə edilir.

Avstraliyanın dövlət rəsmiləri də İslamofobiya barədə bu qərəmi eşitdikdə heyrətlərini gizlətməyiblər.

İslamofobiya ilə mübarizə idaərsinə daxil olan 350 şikayət araşdırılarkən məlum olub ki, 2016 və 2017-ci illərdə hicablı müsəlman qızların 30 faizi təhlükəsizlik qüvvələrinin və polisin gözü önündə hücuma məruz qalıblar. Habelə hücuma məruz qalmış müsəlmanların 70 faizini xanımlar təşkil edir.   

https://iqna.ir/fa/news/3857952

 

captcha