İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğal edilmiş Fələstin torpaqlarında fəaliyyət göstərən İnsan Haqları Mərkəzi cari ilin Yanvar ayından Sentyabr ayının sonunadək sionist rejimi işğal edilmiş ərazilərdə, şərqi Qüdsdə, Fələstinlilərə məxsus 140 yaşayış binasını dağıdıb.
Məlumatda qeyd olunur ki, 2004-2018-ci illərdə işğal edilmiş şərqi Qüdsdə Fələstinlilərə aid 54 yaşayış binası dağıdılmışdısa, bu rəqəm 2019-cu ildə üç dəfə çoxalıb.
Habelə məlumatda deyilir ki, 2004-cü ildən indiyədək işğalçı sionist rejimi işğal etdiyi ərazilərdə 964 yaşayış binasını dağıdıb. Bunun nəticəsində 3 min 188 nəfər fələstinli öz evindən didərgin düşüb.
Sionist İsrail rejimi Fələstinliləri öz evlərindən və torpaqlarından məcburi qovmaq və həmin əraziləri yəhudiləşdirmək hədəfi ilə onların evlərini dağıdır.
İsrail rejimi 1967-ci ildən bəri işğal etdiyi ərazilərdə başqa ölkələrdən gətirilmiş yəhudilər üçün qəsəbələr salır.