IQNA

615 İŞİD-çi Əfqanıstan qoşunlarına təslim oldu

23:43 - November 16, 2019
Xəbər sayı: 3486156
Noyabr ayının 15-də İŞİD sıralarından 18 nəfər döyüşçü ayrılaraq özlərini Əfqanıstan qoşunlarına təslim ediblər. Onlar özləri ilə 24 qadın və 31 uşaq da gətiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, indiyədək İŞİD terrorçuları sırasından 615 nəfər ayrılaraq özlərini Əfqanıstan silahlı qüvvələrinə təslim ediblər.

Bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi bu gün, həftənin Şənbə günü, 16 Noyabr 2019-cu il, məlumat verib.

Əfqanıstan Milli Müdafiə Nazirliyinin məlumatında deyilir: Noyabr ayının 15-də İŞİD sıralarından 18 nəfər döyüşçü ayrılaraq özlərini Əfqanıstan qoşunlarına təslim ediblər. Onlar özləri ilə 24 qadın və 31 uşaq da gətiriblər.

Məlumatda əlavə edilir ki, cari həftənin üçüncü günü (13 Noyabr 2019-cu il) 300 nəfər İŞİD sıralarında ayrılaraq Əfqanıstan silahlı qüvvələrinə təslim olublar. Bununla da Nəngərhar əyalətində Əfqanıstan təhlükəsizlik qüvvələrinə təslim olan İŞİD-çilərin sayı 615 nəfərə çatıb.

https://iqna.ir/fa/news/3857593

captcha