IQNA

Nigeriya rejimi ‘Vəhdət həftəsi’ yürüşü keçirən Şeyx Zəkzəki tərəfdarlarına atəş açdı

11:18 - November 15, 2019
Xəbər sayı: 3486144
Şeyx İbrahim Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatı (İMN) noyabrın 14-ü (16 Rabiyəl-əvvəl) ölkənin Zariya şəhərində “Vəhdət həftəsi” münasibətilə mövlud yürüşü keçirib.
Dünyanın hər yerində əziz peyğəmbərimiz həzrət Muhəmmədin (s) mübarək mövludu münasibətilə bayram tədbirləri keçirilir.
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki,  Şeyx İbrahim Zəkzəkinin baş katibi olduğu Nigeriya İslam Hərəkatı (İMN) noyabrın 14-ü (16 Rabiyəl-əvvəl) ölkənin Zariya şəhərində “Vəhdət həftəsi” münasibətilə mövlud yürüşü keçirib. Yürüş iştirakçıları “Səninləyik ya Rəsulallah (s)” şüarı ilə yanaşı, Şeyx İbrahim Zəkzəki və qanunsuz olaraq həbs edilən bütün İMN fəallarının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Ancaq əraziyə gələn polis və əsgərlər Şeyx Zəkzəki tərəfdarlarının yürüşünə göz yaşardıcı qaz bombası və həqiqi güllə ilə müdaxilə ediblər. İlkin məlumatlara görə 1 nəfər həlak olub, 3 nəfər də yaralanıb.  
 
 
 
 
 
 
captcha