IQNA

İndoneziyada "Mövludun-Nəbi (s)" mərasimi keçirildi

23:51 - November 13, 2019
Xəbər sayı: 3486140
İndoenziyanın paytaxtı Cakarta şəhərinin Milli Dövlət Universitetində sevimli peyğəmbərimizin (s) mübarək viladət günləri həftəsi münasibəti ilə "Mövludun-Nəbi (s)" bayram mərasimi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoenziyanın paytaxtı Cakarta şəhərinin Milli Dövlət Universitetində sevimli peyğəmbərimizin (s) mübarək viladət günləri həftəsi münasibəti ilə "Mövludun-Nəbi (s)" bayram mərasimi keçirilib.

Vəhdtə həftəsində keçirilən mövlud bayramı mərasimində şiə və əhli-sünnə məzhəblərindən olan kişi və qadınlar izdihamlı iştirak ediblər.

Mərasimə İndoneziyanın mühüm dini, elmi və ictimai şəxsiyyətləri, o cümlədən bu ölkənin ən böyük İslami təşkilatı olan "Nehzətul-Üləma" təşkilatının məsulları da qatılıblar.  

Mərasimdə şiə və əhli-sünnə cavanları hazırladıqları sürudları və dini nəğmələri icra ediblər.

Həmçinin mərasimdə Üsuluddin universitetinin rəisi və əhli-sünnə din alimi Əndi Hadyantu və Əhli-Beyt (ə) Təşkilatının Ali Şurasının üzvü və Para Mədinə universitetinin ustadı Möhsün Ləbib çıxış ediblər.

https://iqna.ir/fa/news/3856822

captcha